Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Türkiyə Prezidentinin Bakı səfəri zamanı verdiyi müdaxiləçi və qəbuledilməz ifadələrə cavab olaraq Türkiyənin İrandakı səfirini çağırıb.

ISNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü bəyan etdi:

Bu gün, 11 dekabr, cümə günü Türkiyənin Tehrandakı səfiri Avrasiya Baş direktoru və nazir köməkçisi tərəfindən Xarici İşlər Nazirliyinə çağırıldı. Şiddətli etirazını dilə gətirən sözçü İran İslam Respublikasının bununla bağlı Türkiyə hökumətindən dərhal izahat tələb etdiyini vurğuladı.

Xətibzadə əlavə etdi: “Bu çağırış zamanı Türkiyə səfirinə ərazi iddiaları və müharibə törətmək və imperiya ərazilərini genişləndirmək dövründən uzun illər keçdiyi bildirildi.

Türk səfirinə vurğulandı ki, İran İslam Respublikası heç kimin ərazi bütövlüyünə müdaxilə etməsinə icazə vermir və şərəfli tarixinin təsdiq etdiyi kimi, milli təhlükəsizliyi üçün zərrə qədər də səhlənkarlıq etmir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 7 =