ABŞ: “Suriyaya qarşı hava hücumlarında İsrail rejimini dəstəklədik”

ABŞ hökumətinin yüksək səviyyəli rəsmisi, Vaşinqtonun İsrail rejiminin Suriyadakı hava hücumlarına dəstək verdiyini söyləyib.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri, Tramp administrasiyasının İsrail rejiminin Suriyadakı hava hücumlarına dəstək verdiyini təsdiqləyib.
Ceyms Cefri Tramp administrasiyasının Suriyadakı siyasətinin formalaşması, özünün və Mayk Pompeonun bu siyasətdəki rolu Al-Monitor-a barədə danışıb: “Dövlət katibi Pompeo və mən hökumət daxilindəki insanları bir şeyə inandırdıq – İranın Suriyada yaratdığı infrastruktur problemini həll etməsəniz, İŞİD problemini həll edə bilməyəcəksiniz. Hamısını bir istiqamətdə gördük.
Sonra İsrail rejiminin hava əməliyyatları məsələsi gündəmə gəldi. Mən hakimiyyətə gələndə Amerika bu hücumları dəstəklədi.
Oraya getdim və baş nazir Netanyahunu və başqaları ilə görüşdüm. ABŞ hərbi və kəşfiyyat xidmətlərinin onlara yetərincə dəstək vermədiklərini düşünürdülər. ABŞ hökumətinin daxilində böyük bir savaş başladı və bu mübarizəni qazandıq.
Bu şəkildə Suriyadakı siyasətimizi İrana qarşı siyasətimiz içində yerləşdiyi şəkildə birləşdirdik. Nəticə nisbi uğurlu oldu, çünki biz türklərin çox köməyi ilə vəziyyəti sabitləşdirə bildik”.
Müsahibənin başqa bir hissəsində Ceyms Cefri qürurla ölkəsinin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib.
ABŞ rəsmisi bir neçə gün əvvəl verdiyi müsahibəsində, Tramp administrasiyasının gələn həftə Suriyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu söyləmişdi.