“Ənsarullah” rəsmisi Məkkə və Mədinənin təhlükədə olduğunu vurğuladı

“Ənsarullah” rəsmisi Məkkə və Mədinənin təhlükədə olduğunu vurğuladı

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin “Ənsarullah” hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam Səudiyyə Ərəbistanını yenidən tənqid edib.

O, açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı İslam dünyasından tamamilə uzaqlaşıb.

“Riyaddakı hökumət İsrail rejimi ilə yaxınlığa üstünlük verir. Bu yolverilməzdir. Onlar Məkkə və Mədinəni təhlükə altına salırlar”, – deyə Məhəmməd Əbdüssəlam diqqətə çatdırıb.

Məhəmməd Əbdüssəlam qeyd edib ki, İsrail rejimi ilə münasibətləri normallaşdırmaq razılaşması imzalamağa cəhd etməyi heç bir səbəb izah edə bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − five =