Venesuela neft təsisatlarına hücumun qarşısını aldığını bəyan edib

Venesuela neft təsisatlarına hücumun qarşısını aldığını bəyan edib

Bir neçə gün öncə prezident Nikolas Maduroya qarşı terror aktının qarşısının alındığını elan edən Venesuela hökuməti, bu dəfə böyük neft zavoduna qarşı hücumun qarşısının zamanında alındığını bəyan edib.

SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə Venesuelanın Neft Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, ölkənin böyük zavodlarından olan El- Bolito neft təsisatında partlayışlar törətmək istəyən şəxslər saxlanılıb.

İddia edilib ki, hücum planı ABŞ -ın Mərkəzi Kəşfiyyat İdarəsi və Kolumbiya hökuməti tərəfindən hazırlanıb.

Qeyd edək ki, Venesuela prezidenti 3 gün öncə rəsmi tvitter səhifəsində iddia edib ki, ona qarşı terror aktı hazırlanıbmış və bu akt seçki məntəqələrinin birində canlı yayımda ikən həyata keçirilməli idi. O əlavə edib ki, kəşfiyyatın zamanında əldə etdiyi məlumatdan sonra başqa seçki məntəqəsinə gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =