ABŞ-da keçirilən nümayiş zamanı 4 polis əməkdaşı bıçaqlanıb

ABŞ-da keçirilən nümayiş zamanı 4 polis əməkdaşı bıçaqlanıb

ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampın tərəfdarları ilə Ağ Ev administrasiyasının əleyhdarları arasında baş verən qarşıdurmada 8 polis əməkdaşı yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Vaşinqton polisinin sözçüsü Yelena Hertz məlumat verib.

Hertz bildirib ki, polislərdən 4 nəfəri bıçaq yarası alıb. 

Nümayiş zamanı tərəflər arasındakı qarşıdurmanın qaeşısını almaq üçün əraziyə 100-dən çox polis əməkdaşı cəlb edilib. Yerli polis 33 nümayişçini saxlayıb. Onlardan birində elektoşok aşkar edilib.

Paytaxt merinin mətbuat xidməti məlumatı təsdiq edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 9 =