Səudiyyə Ərəbistanın Ciddə limanında Britaniya neft tankerində partlayış baş verib

Səudiyyə Ərəbistanın Ciddə limanında Britaniya neft tankerində partlayış baş verib

Ötən gecə Səudiyyə Ərəbistanın Qırmızı dəniz sahilində yerləşən Ciddə limanında Britaniya şirkətlərinin birinə məxsus neft tankerində partlayış baş verib.

SalamNews Reuters-ə istinadla xəbər verir ki, yerli mənbələrin məlumatına görə, partlayış, xaricdən bir obyektin gəmiyə dəyməsi nəticəsində baş verib.

Hadisənin hücum olduğu barədə hələ rəsmi məlumat yoxdur.

Gəmidəki neftin dənizə axması təhlükəsi var.

Bu partlayışda canlı tələfat olmayıb.

Səudiyyə Ərəbistanı rəsmi mənbələri hələ hadisəyə münasibət bildirməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + one =