Nigeriya 400-ə yaxın şagidin oğurlandığı bildirilir

Nigeriya 400-ə yaxın şagidin oğurlandığı bildirilir

Nigeriyanın Katsina əyalətində yüzlərlə şagird silahlı hücumdan sonra itgin düşüb.  Katsina əyalət polisinin sözçüsü Qambo İsa bildirib ki,  hücum böyük silahlı qruplaşma tərəfindən həyata keçirilib. 

“Polis və hücum edən silahlı qruplaşma arasında atışma baş verib. Atışma zamanı  şagirdlərdən çoxu məktəbin divarından aşaraq ətraf meşəliyə qaçıb. 400-ə yaxın orta məktəb şagirdi itgin düşüb. Onların qaçırıldığı və ya yollarını azdığı dəqiq bilinmir. 

Məktəbdə ümumilikdə  600 orta məktəb şagirdi təhsil alırdı.”

O qeyd edib ki, polis və Hərbi Hava Qüvvələri  həmin şagirdlərin axtarışını davam etdirir.  Həmin şagirdlərin “Boko Haram” terrorçu qruplaşması tərəfindən oğurlandığı ehtimal olunur. 

Oğurlanan şagirdlərin valideynlərinin təhlükəsizlik qüvvələrindən övladlarını xilas etmək tələbi ilə aksiya keçirdikləri də diqqətə çatdırılır.  Qeyd edək ki, 2014-cü ilin əvvəlində “Boko Haram” terrorçu qruplaşması Burno əyalətinin şərqində qızlar məktəbinin yataxanasına hücum etmişdi və 276 qız şagirdi oğurlamışdı. Həmin qızlardan 100-ü hələ də itgindir. 

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + twelve =