ŞABAK və MOSSAD BƏƏ-də ofislərini açır

ŞABAK və MOSSAD BƏƏ-də ofislərini açır

İsrail rejiminin təhlükəsizlik xidməti ŞABAK və kəşfiyat xidməti MOSSAD, özlərinə qarşı hesab etdiyi “terror əməliyyatlarının”qarşısını almaq üçün, BƏƏ-də ofislər açırlar. İsrail rejiminin “İsrail xayom” qəzeti, Fars körfəzində İsrail rejiminə qarşı keçirilən əməliyyatların qarşısını almaq və planlarını həyata keçirmək üçün, sionist rejimin BƏƏ-də ŞABAK və MOSSAD-ın ofislərini açmağı planlaşdırdığını yazır.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, “İsrail xayom” qəzeti yazır: “Əmirliyin Bəhreyn rejimi və İsrail rejiminin Hizbullaha qarşı vahid “cəbhə” yaratmaq üçün çoxtərəfli səyləri göz qabağındadır. Belə bir vahid cəbhə yaratmağın məqsədi digər ölkələri Hizbullahı terror qrupu kimi tanımağa məcbur etməkdir”. İsrail rejiminin qəzeti hesabatında, İsrail rejimi BƏƏ-də bu cür ofislər açmaqla, Hizbullahı terror qrupu siyahısına salmaq üçün, beynəlxalq qətnamələrin qəbuluna nail olmaq istədiyini qeyd edir. Qəzet İsrail rejimin gizli xidmətlərinin Fars körfəzində “terror təhdidi” olaraq xarakterizə etdikləri hərəkətlərə qarşı mübarizə aparmağı planlaşdırdıqlarını yazır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =