Nigeriya ordusunun şiələrə qarşı qətliamının təfərrüatları açıqlandı
Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriyanın “İslam Hərəkatı” ölkədə 2015-ci ildə baş verən şiə müsəlmanlarının qətliamı ilə bağlı bəyanat yayıb.
Bəyanatda vurğulanıb ki, Zaria bölgəsində baş verən qətliamı Nigeriya xalqı heç bir halda unutmayacaq.
“Məsum insanların soyqırımı hələ də yaddaşlarımızdadır. Məhəmməd Buxari rejiminin bu dəhşətli cinayəti Nigeriyada sadəcə şiələrə qarşı törədilib”, – deyə bəyanatda diqqətə çatdırılıb.
Bundan əlavə hökumətin soyqırım zamanı dəhşətli addımlar atdığı da bildirilib:
“Nigeriya ordusu 39 ailəni tamamilə aradan qaldırdı. 193 uşaq vəhşicəsinə öldürüldü, 548 kişi və 23-ü hamilə olmaqla 297 qadın qətlə yetirildi. Darul Rəhmə qəbirstanlığında dəfn olunan cəsədlər zalımcasına məzardan çıxarıldılar. Bu cinayətkar ordu bir çox şiəni diri-diri, yaralı halda basdırdı. Belə ki, yaralılar basdırılan zaman susuz idilər və su istəyirdilər”.