Həmas Sionistlərin məhbus mübadiləsi işindəki irəliləyişlə bağlı iddialarını rədd etdi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Həmas sözçüsü, məhbus mübadiləsi işində heç bir irəliləyiş olmadığını və bu mövzuda sionist medianın iddialarının yalan olduğunu söylədi. Həmas hərəkatı bu hərəkatla sionist rejim arasında məhbus mübadiləsi məsələsində irəliləyişi inkar etdi.
Şahab xəbər agentliyinin verdiyi məlumata görə, Həmas sözçüsü Hazim Qasim sionistlərin bu proseslə bağlı iddialarının doğru olmadığını və yeni bir məsələ ortaya çıxmadığını söylədi.
İsrail Baş naziri Binyamin Netanyahunun bu işdə istənilən qərardan yayınmağa davam etdiyini və bu kimi xəbərləri yayımlayaraq öz seçki hədəflərini həyata keçirdiyini də sözlərinə əlavə etdi.
Bu həftə müxtəlif sionist media qurumları Həmas ilə Tel-Əviv arasında Misirdə məhbus mübadiləsi ilə bağlı dolayı danışıqların olduğunu iddia edərək, məsələdə yaxşı irəliləyiş əldə edildiyini söylədi.
Sionist qəzet Yedioth Ahronoth da Sionist məmurların Misir vasitəçiliyi ilə keçən həftə məhbus mübadiləsi prosesinə yeni bir təklif verdiyini iddia etdi.
Məlumata görə, razılaşmaya əsasən korona epidemiyası sonrasında Qəzzə Zolağına yardımların artırılmasını təklif edildi, lakin Tel-Əviv bəzi əməliyyatlarda sionistləri öldürən fələstinli məhbusların sərbəst buraxılmasına qarşı çıxdı.