Lavrov: Fars körfəzi bölgəsində dialoq üçün şərait yaratmağa hazırıq

Lavrov: Fars körfəzi bölgəsində dialoq üçün şərait yaratmağa hazırıq

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Rusiyanın Xarici İşlər naziri BƏƏ həmkarı ilə keçirdiyi mətbuat konfransında Moskvanın Fars körfəzi bölgəsində danışıqlara yol açmağa hazır olduğunu söylədi.

BƏƏ Xarici İşlər naziri Abdullah bin Zayid və Rusiya Xarici İşlər naziri Sergey Lavrov fikirlərini bu gün (bazar ertəsi) Moskvada keçirilən ortaq mətbuat konfransında dilə gətirdilər.

Sputnik-in məlumatına görə, Lavrov mətbuat konfransında Moskvanın Fars körfəzi bölgəsində danışıqlar üçün şərait yaratmağa hazır olduğunu açıqladı.

Rusiya Xarici İşlər naziri vurğuladı: “Bölgədəki bəzi ərəb ölkələri ilə İran arasındakı münasibətlərdəki problemləri başa düşürük və danışıqların başlaması üçün şərait yaratmağa hazır olduğumuzu bildiririk.”

Lavrov Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı böhranın ortasında Rusiyanın Fars Körfəzi bölgəsində kollektiv təhlükəsizlik təklifinin daha aktuallaşdığını söylədi.

Rusiya Xarici İşlər naziri Fələstin məsələsinə toxunaraq bəzi ərəb ölkələri ilə Sionist rejim arasındakı münasibətlərin normallaşmasının Fələstin məsələsinin kənarlaşdırılmasına səbəb olmamalı olduğunu dedi.

Fələstin məsələsinin Fələstin dövlətinin yaradılmasına zəmanət verən BMT qətnamələri əsasında həll edilməli olduğunu vurğuladı.

BƏƏ Xarici İşlər naziri də mətbuat konfransında Fələstin və İsrail tərəfləri arasında barışıq danışıqlarının yenidən aktivləşdirilməsində Rusiyanın roluna ümid etdiyini söylədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − ten =