Livan məhkəməsi bir sionist casusa üç il həbs cəzası verdi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Bazar ertəsi günü Livan hərbi məhkəməsi, bir Livan vətəndaşını Sionist rejimə casusluq ittihamı ilə üç il həbs cəzasına məhkum etdi.
Livan Milli Xəbər Agentliyinin verdiyi məlumata görə, hərbi məhkəmə Livan vətəndaşı Kində Əl-Xətibə “İsrail casusları ilə qarşılıqlı əlaqədə olmaq, düşmən bir ölkəyə girmək və təhlükəsizlik məlumatı verməyə cəhd göstərmək” ittihamı ilə üç il həbs cəzası verdi.
Əl-Xətib müdafiəsində Sionist rejimin “Roy Qeysi” adlı 11-ci kanalının jurnalistlərindən biri ilə Twitter vasitəsilə əlaqə qurduğunu və bu şəxsin kimliyini bilmədiyini söylədi. Onun bir sionist olduğunu bildikdə bu barədə təhlükəsizlik qüvvələrini məlumatlandırdığını iddia etdi.
Əl-Xətib işğal olunmuş ərazilərə girməsini də inkar etdi. Livanda Hizbullah tərəfindən Sionist rejimin ağır məğlubiyyətinə səbəb olan 2006-cı ildəki 33 günlük müharibədən sonra, Sionist rejimin hərbi və kəşfiyyat agentləri Livandakı təhlükəsizlik və kəşfiyyat fəaliyyətlərini artırdılar.
Rejim agentləri, İHA-ları və ya bombardmançıları Livan ərazisinə girməyə başladı.