Tehranda Dağlıq Qarabağ və müqavimət şəhidlərinin anım mərasimi keçirilib – Foto

Tehranda Dağlıq Qarabağ və müqavimət şəhidlərinin anım mərasimi keçirilib – Foto

Mərasimdə  İranda yaşayan azərbaycanlılar, İran rəsmiləri və  yüksəkrütbəli hərbçilər, o cümlədən, Tehranın imam cüməsi Ayətullah Siddiqi,  parlament spikerinin xüsusi köməkçisi Hüseyn Əmir Abdullahian, İran parlamentinin deputatları,  İslam İnqilabının Keşikçilər Korpsunun  Qüds Qüvvələrinin  komandir müavini general  Məhəmməd Hicazi iştirak edib. 

Mərasim çərçivəsində  Qarabağda şəhid olmuş  bütün azərbaycanlı gənclərin siyahısı və  Ali Rəhbər Ayətullah Xameneinin  Ermənistanın  Azərabycanın işğal olunmuş torpaqları tərk etməsinin vacibliyi ilə bağlı çıxışı iştirakçılara nümayiş etdirilib. 

Tehranın imam cüməsi Ayətullah Kazim Siddiqi çıxış edib.  İranın tanınmış məddahlarından Mehdi Rəsuli  Qarabağ şəhidləri, eləcə də Azərbaycan və İran birliyi haqqında mərsiyə və şeirlər oxuyub.

İranda Qarabağ şəhidlərinin xatirəsinə anım mərasimi keçirilib

Mərasimdə çıxış edən Tehranın imam cüməsi Ayətullah Siddiqi Qarabağ müharibəsində şəhid olanların xatirəsini  yad edərək bildirib ki, onlar öz qorxmazlığı və fədakarlığı ilə Azərbaycana izzət bəxş etdilər. 

“Şəhidin yolu heç vaxt unudulmur. Şəhidin qanı  həmişə qaynayır və abadlıq yaradır.  Azərbaycanda  gənclər öz canlarından keçərək torpaqlarını azad etdilər.  Bu Həm İmam Zamanı, həm onun naibini,  həm də  öz bəyanatları ilə Azərbaycana dəstək nümayiş etdirən İranın azərbaycanlılar yaşayan bölgələrinin  imam cümələrini sevindirdi.” Ayətullah Siddiqi bildirib ki, bu gün  İran sizin məmləkətdəki kimi  sevinir, qəlblər birdir. Görürsünüz ki, bu gün burada sizin qələbəniz qeyd olunur.  “Bu gün rəhbərimiz  sizi rəsmi şəkildə dəstəklədi və bildirdi ki, Qarabağ  Azərbaycanındır və Azərbaycana qaytarılmalıdır.  Ermənistan qəsb etdiyi torpaqları geri qaytarmalıdır.  Bu gün  bu qələbə yalnız Azərbaycanın qələbəsi deyil, həm də İslamın qələbəsidir. 

Əhli-beyt (ə) aşiqləri və  Azərbaycan şiələri bu gün başlarını dik tutaraq qələbəyə görə izzət hissi yaşayırlar və bu izzəti hamıya bəxş edən öz şəhidlərinə minnətdarlıq bildirirlər.”  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + three =