Əfqanıstan paytaxtında partlayış törədilib, qubernator müavini həlak olub

Əfqanıstan paytaxtında partlayış törədilib, qubernator müavini həlak olub

Bu gün paytaxt Kabilin mərkəzində partlayış törədilib, Kabilin qubernatorunun müavini həyatını itirib.

SalamNews bu barədə Əfqanıstanın ToloNews agentliyinə istinadla məlumat verir.

Bildirilib ki, bu gün paytaxt Kabilin mərkəzində yol kənarında quraşdırılmış bir bomba işə düşüb.

Terror aktı bir sıra ölkə rəsmilərinin olduğu maşın karvanını hədəfə alıb.

İlkin məlumata görə burada törədilən partlayış Kabilin qubernator müavinin və digərlərinin ölümü ilə nəticələnib.

Bu terror aktını hələ heç bir qrup üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − six =