Boko-Haram Nigerdə 28 nəfəri güllələyib
Afrika ölkəsi Nigerdə Çad gölü ətrafında yerləşən Diva bölgəsində Boko-Haram tərəfindən daha bir qətliam törədilib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Nigerin Daxili İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, Boko-Haram iki gün öncə Çad gölü hövzəsində yerləşən Diva bölgəsində hücum təşkil edib. Bu bölgəyə hücum zamanı 28 nəfər güllələnib.
Hücum nəticəsində minlərlə insan qaçaraq bölgəni tərk ediblər.
Boko-Haram terror təşkilatı bu hücumu öhdəsinə götürüb.
Qeyd edək ki, Boko-Haram Nigeriya, Kamerun və Çadda da vaxtaşırı hücumlar həyata keçirir. Adıçəkilən ölkələrin sərhədində yerləşən Çad gölü hövzəsi terror təşkilatının fəaliyyəti üçün münbit şərait hesab edilir.