Hollandiyada məscidə irqçi hücum edilib
Hollandiyanın Utrext şəhərinin böyük məscidi ötən həftənin Bazar günü (13 Dekabr 2020) naməlum şəxslər tərəfindən irqçi hücuma məruz qalıb.
Hollandiyanın Utrext şəhərinin böyük məscidi məsulları bu barədə bəyanat yayıblar.
Bəyanatda deyilir: Ötən həftənin Bazar günü (13 Dekabr 2020), səhər saatlarında naməlum şəxslər məscidin divarına xaç (səlib) şəkili çəkib və müsəlmanları təhqir edən irqçi sözlər yazıblar.
Məscidin məsulları belə bir hadisənin baş verməsindən təəssüf hissi keçirdiklərini bəyan edərək vurğulayıblar ki, bu kimi zorakılıq doğuran və cəmiyyətdə nifrət yaradan addımlar müsəlmanlar arasında nigarançılıq icad edir.
Bəyanatda deyilir: Bu təcavüzlər və irqçi hücumlar məscidin məsullarına müsəlmanlara xidmət etməkdə süstlük yaratmayacaq və müsəlmanların həmrəyliyi və vəhdətini poza bilməyəcək.
Yerli informasiya mənbələrinin verdiyi məlumata görə, Hollandiya polisi hadisəni törətməkdə şübhəli bilənən 24 yaşlı bir şəxsi nəzarətə götürüblər. Polis həmin şəxsin məscidə və yəhudilərin iki məbədinə edilən hücumda iştirakı barədə istintaq başladıb.
Iqna.ir