Belçikada İkinci Dünya müharibəsindən bəri ən yüksək ölüm ili qeydə alındı
Belçikada bu il koronavirusdan 18 minə yaxın adam ölüb.
“Vrije Universiteit Brussel”in açıqlamasına görə, “normadan artıq” ölüm sayı 14 400-ü keçib.
Hər il təxminən 110 000 insanın öldüyü 11 milyon əhalisi olan ölkədə son dəfə 1968-ci ildə “Honqkonq qripi” səbəbindən “normaldan çox” ölüm hadisəsi baş verib. Həmin il Belçikada 121 744 nəfərin öldüyü qeyd edilib. Bu il isə sayın 130 minə yaxınlaşacağı gözlənilir.
Epidemiya dövründə Belçikada qocalar evləri haqqında hazırlanan hesabatlarda qocalar evlərinin böhranlara hazır olmadığı ifadə edilib.
Mart-oktyabr ayları arasında qocalar evlərindəki insanlar, işçilər və rəhbərlərlə görüşlərə görə hazırlanan hesabatda qeyd edilib ki, ölkədə ölənlərin 61 faizi qocalar evlərində qalanlar olub.
Bu qədər insanın qocalar evində ölməsinin səbəbi yoluxmuş insanların müalicə üçün xəstəxanalara aparılmadığı göstərilib. Məlumata görə, səlahiyyətlilər qocalar evində qalan yaşlı insanları qorumaq üçün tədbirləri təxirə salıb.
Epidemiyanın iki dalğasının Belçikada meydana gəldiyi aprel və noyabr ölümlərin ən çox olduğu aylar idi. Bu günə qədər ölkədə 608 000 insan virusa yoluxub, 17 951 nəfər ölüb.
Oxu.az