Sudan Səudiyyəyə dəstək məqsədilə Yəmənə əlavə iki min hərbi qüvvə göndərib

Sudan Səudiyyəyə dəstək məqsədilə Yəmənə əlavə iki min hərbi qüvvə göndərib

Yəmən müharibəsində Səudiyyə Ərəbistanın koalisiya üzvlərindən olan Sudan bölgəyə əlavə iki min hərbi qüvvə göndərib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Yəmənin hərbi mənbələri məlumat verib.

Bildirilib ki, Sudan qüvvələri Səudiyyə Ərəbistanın Cizan və Yəmənin əl-Həcca əyalətlərində yerləşən Hərad və Midi səhra bölgələrində yerləşdirilirlər. Onların əsas məqsədi Səudiyyə Ərəbistanı sərhədlərini qorumaqdır. Səudiyyə Ərəbistanı və Sudan bu məlumata münasibət bildirməyiblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. ABŞ-ın hərbi və siyasi dəstəyilə davam edən bu müdaxilə və qarşıdurma hələ də nəticə verməyib və ölkənin paytaxtı da daxil olmaqla 13 əyaləti husilərin və onların dəstəklədiyi hökumətin nəzarətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + two =