Pakistanın baş naziri ilk dəfə olaraq Taliban rəhbərliyi ilə görüşəcək
Talibanın nümayəndə heyəti sülh danışıqları fonunda Pakistana səfər edib. Bu səfər çərçivəsində hərəkatın rəhbərliyi Pakistanın baş naziri İmran Xanla görüşəcəklər.
SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, Talibanın siyasi bürosunun rəhbəri Molla Əbdülqəni Bəradərin rəhbərlik etdiyi nümayəndə heyəti Paksitana yola düşüb.
Talibanın siyasi bürosunun sözçüsü Məhəmməd Nəim rəsmi tvitter səhifəsində bildirib ki, İslamabad səfərində bu ölkənin baş naziri İmran Xanla və xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşəcəklər.
Qeyd edək ki, Talibanla Əfqanıstan hökumətinin danışıqlarının ikinci turu ötən həftə Qətər paytaxtında başlasa da yenidən bu danışıqlara fasilə verilib.