Ayətullah Xamenei İran hökumətinə çağırış edib: Danışıqlardansa, sanksiyaların zərərsizləşdirilməsi yolunu araşdırın
“Sanksiyaların götürülməsi üçün danışıqların aparılmasından daha çox, bu sanksiyaları zərərsizləşdirilməsi yolları haqda düşünün.”
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.
Ayətullah Xamenei bu gün mərhum Qasim Süleymaninin ailə üzvləri və bır sıra ölkə rəsmilərilə görüşü zamanı hökumətə bir sıra məsələlərlə bağlı tövsiyələr və göstərişlər verib.
Ayətullah Xamenei hökumətdən istəyib ki, sanksiyaların götürülməsilə bağlı (Co Bayden komandası ilə) danışıqların aparılması məsələsindən daha çox bu sanksiyaların zərərləşdirilməsi yollarını araşdrısınlar.
O həmçinin ölkədə siyasi qüvvələri öz aralarında danışıqlar aparmağa və daxili ixtilafları bir-birini ittihamlandırmaqla deyil, müzakirə aparmaq yolu ilə həll etməyə çağırıb.
Ayətullah Xamenei çıxışının bir hissəsində Qasim Slüyemaninin intiqamı olaraq Amerikaya bir neçə “şillə”nin vurulduğunu deyib və əsas intiqamın, bu qüvvələrin bölgədən tamamilə çıxması olacağını qeyd edib.
Ayətullah Xamenei bu qəbildən olan intiqam addımlardan biri kimi, “hegemonun içiboş hakimiyyəti üzərində əldə edilən proqram təminatı baxımından qələbə”dən söz açıb.