Döyüşlərdə qəhrəmanlıq salnaməsi yazan qazilərimizdən olan Rauf Nəbiyev
Nəbiyev Rauf Sərvər oğlu Şamaxının Göylər kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbçi olmaq Raufun uşaqlıq arzusu idi. Odur ki, hərbi xidməti başa çatdıqdan sonra yenidən orduya qayıtmaq qərarına gəlir. Xüsusi Təyinatlı Qüvvələrin ağır, çətin və şərəfli təlim yolunu uğurla başa vuraraq xidmətini bu istiqamətdə davam etdirir. Rauf 2016-cı ildə baş verən “Aprel döyüşləri”ndə də iştirak edib, snayperçi olaraq böyük şücaətlər göstərib, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasını məhv edib. Sentyabrın 27-si 2-ci “Qarabağ müharibəsi” başlayanda könüllü olaraq ön cəbhəyə yollanır. Yenə də snayperçi olaraq fəaliyyətinə davam edir. Lakin sağ gözündən yaralandığı üçün artıq kəskin nişançılıq qabiliyyətini itirir və komandirləri onu təminat-təxliyyə qrupuna keçirirlər. Suqovuşanın işğaldan azad edilməsi uğrunda ilk döyüş tapşırığını qazimiz belə xatırlayır.
Yaralı əsgərləri xilas etməyə çalışarkən Rauf da ağır xəsarət alıb. Lakin özünün də dediyi kimi, ilk başlarda yarasının fərqinə varmayıb. Təcili şəkildə xəstəxanaya yerləşdirilsə də, 2 gündən artıq qala bilməyib və yenidən cəbhəyə qayıdıb.
Qeyd edək ki, Raufun atası Sərvər kişi də 1-ci “Qarabağ müharibəsi” iştirakçısıdır. Qazimizin anası Həcər xanım da, atası Sərvər bəy də övladları ilə qürur duyduqlarını bildirirlər.
44 günlük enişli-yoxuşlu zəfər yolunda canları bahasına bizlərə qələbə qazndıran şəhidlərimizin ruhuna Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!
Interaz