Hudeyda şəhərində vəziyyət yenə gərginləşdi
Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Hudeyda şəhərində atəşkəs yenidən pozulub.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat katibi Yəhya əs-Səri açıqlama verib.
Yəhya əs-Səri açıqlamasında bildirib ki, son 24 saat ərzində atəşkəs 32 dəfə pozulub.
Mətbuat katibi Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin pozuntularına cavab olaraq addımların atılacağını da qeyd edib.