İsrail rejimi daha 8,200 qanunsuz evin tikilişinə göstəriş verib

İsrail rejimi daha 8,200 qanunsuz evin tikilişinə göstəriş verib

İsrail rejiminin tabeçiliyində olan bələdiyyə, şəhər yaxınlığında əlavə 8200 qanunsuz yaşayış və ticarət sahəsi üçün tikintinin aparılmasına icazə verib. Ötən ay sionist rejimi, işğal olunmuş ərazilərdə bir neçə qanunsuz məskunlaşma planını təsdiqləyib və bələdiyyəsi 8200 qanunsuz yaşayış və ticarət sahəsini inşa etməyi qəbul edib.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, sionist rejimin bələdiyyəsi bu obyektləri Yaşıl Ərazi adlanan ərazidə Beyt Səfafa və Əl-Bəqaa torpaqlarında və Şərqi və Qərbi Qüds arasındakı Əl Vəlca kəndindəki Talbiot sənaye zonasında inşa etmək niyyətindədir. Layihə qanunsuz yaşayış binalarının, ticarət binalarının, parkların, ofis və xidmət mərkəzlərinin inşasını əhatə edir. Bələdiyyənin planına əsasən qəsəbənin inşasına 2021-ci ildə başlanılması və 2040-cı ilə qədər davam etməsi planlaşdırılır. Plan sionist rejimin Nazirlər Kabinetinin Planlaşdırma və Tikinti Komitəsinə göndərilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =