CAIR hindililərin hüquqlarını müdafiə etdi

CAIR hindililərin hüquqlarını müdafiə etdi

Amerikada yaşayan müsəlmanların mədəni hüquqlarının ən böyük müdafiə təşkilatı olan “Amerika-İslam Əlaqələri Şurası” (Council On American-Islamic Relations) hindistanlıların restoranına edilən irqçi hücumu məhkum edib.

“Amerika-İslam Əlaqələri Şurası” (CAIR) federal və əyalət hüquq müdafiə orqanlarının rəsmilərindən tələb etdib ki, Albukerkedə (Albuquerque) hindistanlıların işlətdiyi restorana edilən hücum “irqçi nifrətə görə cinayət” ünvanı ilə araşdırılsın.

Keçən həftənin Cümə gecəsi (9 Dekabr 2020) bu restoranın təhlükəsizlik kameraları tərəfindən bir kişinin restoranın pəncərə şüşələrini qırdığı qeydə alınıb.   

Bu restoran son aylarda dəfələrlə belə hücumlara məruz qalıb. Bundan öncə də irqçi təhqirlərlə dolu bir qəzet restoranın daxilinə atılmışdı.

“Amerika-İslam Əlaqələri Şurası”nın (CAIR) milli əlaqələr şöbəsinin müdiri İbrahim Huper müxtəlif yerlərdə oxşar irqçi hücumlara işarə edən bəyanat yayaraq deyib:

“Ölkədə millətlər arasında irqçi təəssüb dalğalarının çoxalması göstərir ki, bütün milli azlıqlar zorakılıq və nifrət zəminində hücuma məruz qalmaq hədəfindədirlər. Biz əyalət və federal qanun icraçılarından tələb edirik ki, aşkar şəkildə nifrətdən doğan bu hadisələri ciddi araşdırsınlar və diqqətdə saxlasınlar.

CAIR irqçilik, anti-miqrantlıq və islamofobiya zəminində baş verən bütün cinayət, hücum və hadisələri məhkum edir.

Amerika müsəlmanlar cəmiyyəti anti-miqrant (ksenofobiya), qaradərililərə qarşı irqçilik (anti-Black racism) və antisemitizm əleyhinə fəaliyyət göstərən bütün təşkilatlara həmrəydir.”

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 7 =