İnsan Hüquqları Müşahidə Təşkilatı: Səudiyyə Ərəbistanında yüzlərlə afrikalı məhbus qeyri-insani şəraitdə saxlanılır

İnsan Hüquqları Müşahidə Təşkilatı: Səudiyyə Ərəbistanında yüzlərlə afrikalı məhbus qeyri-insani şəraitdə saxlanılır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İnsan Hüquqları Müşahidə Təşkilatı bir açıqlamasında Səudiyyə Ərəbistanında həbsdə olan miqrantların və xarici işçilərin ağır vəziyyətinə toxundu və Səudiyyə hökumətini insan haqları pozuntularına ən qısa zamanda son qoymağa çağırdı.

İnsan Hüquqları Müşahidə Təşkilatı bu gün (çərşənbə axşamı) Afrika vətəndaşlarının və Səudiyyə Ərəbistanında həbsdə olan yüzlərlə miqrantın acınacaqlı vəziyyəti barədə məlumat verərək, qeyri-insani rəftara məruz qaldıqlarını elan etdi.

Təşkilat bildirib ki, yüzlərlə afrikalı immiqrant Səudiyyə həbsxanalarında çox pis şəraitdə saxlanılır və bu məhbusların bəziləri sərbəst buraxıldıqdan sonra, işgəncə verildiyini və döyüldüyünü söyləyib. İndiyə qədər üç məhkum həyatını itirib.

Təşkilata görə, Səudiyyə rəsmiləri yüzlərlə afrikalı məhkumu korona virusunun yayılmasının qarşısını almaq üçün heç bir addım atmadan sıx yerlərdə saxlayır və bəzi məhbuslar artıq virusa yoluxub.

Təşkilat keçən ay hələ həbsdə olan yeddi efiopiyalı və indi azadlığa çıxan iki hindistanlı məhbusla görüşüb. Onların hamısın dar yerlərdə 350 məhbusun saxlanıldığını söylədi. Onlardan bir neçəsi həbsxana gözətçilərinin onlara işgəncə verdiklərini və döydüklərini də vurğulayıb.

27 yaşlı bir Efiopiya vətəndaşı da üç məhbusun döyülərək öldürüldüyünün şahidi olduğunu söylədi. Həbsxanada olan xarici işçilərin əksəriyyəti Efiopiyadandır. Onların əksəriyyəti yaşayış vəsiqəsi olmadığına görə saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =