İran İslam Respublikası üsulu ilə sanksiyalar aradan qaldırıla bilirsə, bunu etmək lazımdır
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün, 16 dekabr tarixində Şəhid General Qasim Süleymaninin ildönümü münasibətilə keçirilən görüş zamanı Şəhid Süleymanini İran millətinin və İslam Ümmətinin qəhrəmanı adlandırdı.
İslam İnqilabının Ali Rəhbəri buyurdu: İraq və İranda milyonlarla insanın şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndisin cənazəsində iştirakı amerikalıların üzünə ilk şillə oldu, amma daha şiddətli şillə “ABŞ hegemonluğuna dəyən zərbə” və “ABŞ-ı bölgədən qovmaq”dır. Bu intiqam qətidir.
Bu görüşdə İslam İnqilabının Ali Rəhbəri İran rəsmilərinə və xalqına dörd vacib tövsiyə verdi: “Hər sahədə güclü olun”, “Düşmənə güvənməyin”, “Milli birliyi qoruyun” və “Sanksiyaların ləğvi barədə düşünməkdənsə, onları zərərsizləşdirmək barədə düşünün.”
İslam İnqilabının Rəhbəri “cəsarət və müqavimət”i Şəhid Süleymaninin seçilən xüsusiyyətlərindən biri adlandırdı və buyurdu: “Cəsarət və müqavimət ruhu iranlı xüsusiyyətləridir və dildə danışmaq və passivlik milli ruha ziddir, bu səbəbdən millətçilik iddia edən, lakin əməldə bunu göstərməyənlər ziddiyyətə malikdirlər.”
Ayətullah Xamenei “müdriklik, ixtiraçılıq və fədakarlığı” Şəhid Süleymaninin digər xüsusiyyətləri kimi qiymətləndirdi və qeyd etdi:
Şəhid eyni zamanda mənəviyyat, səmimiyyət və axirət adamı idi və əsla özünü nümayiş etdirməzdi.
İslam İnqilabının Rəhbəri vurğuladı: Şəhid Süleymani İslam millətləri arasında müqavimət proqramını və mübarizə modelini populyarlaşdırdı.