İsrail Knesseti özünü buraxır, iki ildə dördüncü parlament seçkiləri keçirilə bilər

İsrail Knesseti özünü buraxır, iki ildə dördüncü parlament seçkiləri keçirilə bilər

İsrail mətbuatı gələn həftə ölkə parlamentinin özünü buraxacağını yazırlar.

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, İsrail Knessetində ölkə büdcəsilə bağlı razılığın əldə edilməməsindən sonra parlamentin özünü buraxması getdikcə qətiləşir.

İsrail mətbuat ölkənin müxtəlif ekspertlərinə istinadla yazırlar ki, gələn həftə Knesset özünü buraxa və növbəti seçkilərə gedə bilər.

Bu isə son iki ildə dördüncü parlament seçkilərinin keçirilməsi deməkdir.

Sonuncu dəfə Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası ilə baş nazirin rəqibi “Mavi-Bəyas” partiyasının sədri Beni Qants koalisiya hökuməti yaradaraq siyasi böhrandan müvəqqəti olaraq çıxa bilmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 9 =