Putin hələlik koronavirusa qarşı peyvənd olunmadığını açıqlayıb

Putin hələlik koronavirusa qarşı peyvənd olunmadığını açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı hələ ki, peyvənd olunmadığını açıqlayıb.

İnterAz xəbər verir ki, o, bu barədə bu gün keçirilən illik mətbuat konfransında açıqlama verib.

O həmçinin Rusiya istehsalı “Sputnik V” peyvəndinin koronavirusa qarşı effektivliyinin 97%-ə qədər çatdığını qeyd edib.

Xatırladaq ki, Vladimir Putin bu ilin avqustunda ölkədə istehsal olunan koronavirus infeksiyasına qarşı vaksinin dünyada rəsmi olaraq qeydiyyatdan keçən ilk peyvənd olduğunu açıqlamış, üstəlik qızlarından birinin də peyvənd etdirdiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 1 =