Hindistan ballistik raketlərin sınağını həyata keçirdi
Eastnews.org-un verdiyi xəbərə görə, bu gün Hindistan 2 ədəd orta mənzilli “Pritxvi-2” ballistik raketinin uğurlu sınağını həyata keçirib.
Sınaqların Odişa ştatında keçirildiyi bildirilir. Bu barədə ANİ xəbər agentliyi məlumat verib.
Raket sınaqlarının uğurla həyata keçirildiyi qeyd edilir. Məlumata əsasən 350 km mənzilli ballistik raketlər mobil buraxılış qurğularınan atılıb.
“Pritxvi-2” ballistik raketinin 500-1000 kq nüvə başlığı daşımaq qabiliyyətinə malik olduğu diqqətə çatdırılır.