Sionist millət vəkili: Ordu gözümüzün qabağında çökür

Sionist millət vəkili: Ordu gözümüzün qabağında çökür

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Sionist Knesset (İsrail parlamenti) üzvü psixoloji pozğunluqlar səbəbilə hərbi xidmətdən azad edilənlərin sayının dəhşətli dərəcədə artdığını və ordunun çökdüyünü söylədi.

Knessetdəki qondarma hökumətə nəzarət komissiyasının rəhbəri Avfar Şila rejimin vətəndaşlarının zehni pozğunluqlar səbəbilə hərbidən azad edilməsində əhəmiyyətli bir artım olması barədə xəbərdarlıq etdi.

Məlumata görə, Şila Şila İsrail ordusundakı hərbi xidmətdən azad edilmənin təxmini həcminin dəhşətli olduğunu söylədi.

“Ordu gözümüzün qabağında çökür” – dedi və hərbi xidmətə çağırılanların üçdə birinin orduya gəlmədiyini vurğuladı.

Şila hər səkkiz çağırışçıdan birinin 2020-ci ildə fiziki zədə bəndinə görə hərbi xidmətdən azad edildiyini və əksəriyyətinin psixoloji səbəblərdən olduğunu və bu nisbətin artdığını əlavə etdi.

Bundan əvvəl Sionist qəzet Haaretz 2020-ci ildə psixoloji səbəblərdən hərbi xidmətdən azad olmanın rekord vurduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =