Fransada 3 nəfəri yaralayıb, həyat yoldaşını girov götürən şəxsin meyiti tapılıb
Fransada şirkət direktorunu və 2 əməkdaşını yaralayan silahlı şəxs həyat yoldaşını girov götürüb.
APA BFM TV-yə xəbər verir ki, hadisə Paris yaxınlığında yerləşən Domont kommunasında baş verib.
Jandarma hadisədən sonra həmin şəxsin və arvadının meyitini aşkar edib. İlkin məlumatlara görə, cinayətkar arvadını öldürəndən sonra intihar edib.
Ər-arvad arasında son vaxtlar tez-tez məişət zəminində mübahisələrin olduğu bildirilir. Onların boşanma müddətində olduqları məlum olub.