Yəmənə 40-dan çox hücum edildi

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin Hudeyda şəhərində atəşkəsi yenidən pozub.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyi mətbuat katibi Yəhya əs-Səri açıqlamasında bildirib.
Yəhya əs-Səri açıqlamasında vurğulayıb ki, Hudeyda şəhərində atəşkəs son 24 saat ərzində 42 dəfə pozulub.
O qeyd edib ki, Yəmən ordusu hücumlara adekvat cavab vermək haqqına sahibdir.