Suriyada Türkiyə əleyhinə aksiya keçirildi
Eastnews.org-un verdiyi xəbərə, Suriyanın Hasekə şəhərində Türkiyə əleyhinə aksiya keçirilib.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, keçirilən aksiya zamanı Türkiyənin Suriyada terrorçulara verdiyi dəstək tənqid olunub.
Bundan əlavə qeyd edilib ki, Suriya xalqı xarici hərbi qüvvələrin ölkədəki varlığına qarşıdır.