Sionist rejim məhbusların sərbəst buraxılması, Qəzzə zolağına peyvənd göndərilməsinə icazə verilməsi üçün Fələstin müqavimətindən fidyə istəyir

Sionist rejim məhbusların sərbəst buraxılması, Qəzzə zolağına peyvənd göndərilməsinə icazə verilməsi üçün Fələstin müqavimətindən fidyə istəyir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Sionist səlahiyyətlilər fələstinli səlahiyyətlilərə əsirlər sərbəst buraxılarsa, korona peyvəndinin Qəzzə zolağına girməsinə icazə verəcəklərini söylədilər.

Sionist rejim Fələstin müqavimət qüvvələri tərəfindən tutulan məhbusları azad etmək üçün Qəzzə zolağındakı hər hansı bir məsələdən sui-istifadə etməyə davam edir.

Livanın Əl-Əxbar qəzeti Sionistlərin bu dəfə Fələstin müqavimətindən fidyə tələb etməkdə məqsədlərinə çatmaq üçün Qəzzə zolağı sakinlərinin sağlamlıqlarından sui-istifadə etdiklərini bildirdi.

Qəzetin yazdığına görə, Sionistlər fFələstinli səlahiyyətlilərə Qəzzə zolağındakı korona virusu üçün hər hansı bir peyvənd göndərilməsinin Sionist əsgər və məhbusların məsələsinə bağlı olduğunu söylədilər.

Məlumata görə, Sionist rejim Fələstin xalqına dörd milyon doza Rusiya istehsalı korona peyvəndini verməyi qəbul etdi, lakin sağlamlıq səbəbilə onu fələstinlilər arasında paylamaq istəmədi.

Əl-Əxbar əlavə edib ki, son günlərdə fələstinli və Sionist rəsmilər arasında bu peyvəndlərin Fələstinin müxtəlif bölgələrinə necə idxal ediləcəyi ilə bağlı bir görüşmə aparıldı, lakin sionistlər məhbuslarının sərbəst buraxılması məsələsini də qaldırdılar.

Bu arada Qəzzədə koronaya yoluxanların sayında nəzərəçarpacaq bir artım var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 20 =