Ayətullah Hüseyni Buşehri Qum Elmi Hövzəsi Müəllimlər Dərnəyinin rəhbəri oldu

Ayətullah Hüseyni Buşehri Qum Elmi Hövzəsi Müəllimlər Dərnəyinin rəhbəri oldu

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Ayətullah Seyid Haşim Hüseyni Buşehri Qum Elmi Hövzəsi Müəllimlər Dərnəyi üzvlərinin əksəriyyəti tərəfindən bu hövzənin rəhbəri seçildi. Qum Elmi Hövzəsi Müəllimlər Dərnəyinin üzvlərinin iclası bu axşam, 18 dekabr Cümə günü keçirildi.

Ayətullah Seyid Haşim Hüseyni Buşehri böyük əksəriyyətinin rəyi ilə sədr, Ayətullah Seyid Əhməd Xatəmi birinci müavin, Höccətül-İslam vəl-Müslimin Abbas Kəbi isə bu Ali Şuranın ikinci müavini seçildi.

Qeyd edirik ki, Ayətullah Məhəmməd Yəzdi, 10 dekabr çərşənbə günü 89 yaşında dünyasını dəyişən Qum Elmi Hövzəsi Müəllimlər Dərnəyinin rəhbəri idi.

Qum elmi hövzəsi müəllimlər dərnəyinin elanında deyilir:

Qum Elmi Hövzəsi Müəllimləri Dərnəyi Ali Şurasının mərhum sədri Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdinin xatirəsini yad etməklə yanaşı bildirilir ki, Qum Elmi Hövzəsi Müəllimləri Dərnəyi Ali Şurasının iclasında, 18/12/2020 Ayətullah Buşehri üzvlərin böyük əksəriyyəti tərəfindən Qom Elmi Hövzəsinin Müəllimlər Dərnəyinin Ali Şurasının rəhbəri və Ayətullah Seyid Əhməd Xatəmi və Abbas Kəbi tərtiblə birinci və ikinci müavin olaraq seçildi.

Həmçinin, Ayətullah Möhsin Əraki və Mahmud Abdullahi katib olaraq, Ayətullah Abülqasim Vafi maliyyə qəyyumu olaraq qaldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 17 =