Gələn həftə təbiət hadisəsi baş verəcək

Gələn həftə təbiət hadisəsi baş verəcək

Dekabrın 21-də Günəş sisteminin iki böyük planeti olan Yupiter və Saturnun yaxınlaşması gözlənilir. 

Modern.az Sputnik-ə istinadən xəbərinə görə, Saturn və Yupiter hər 20 ildə bir dəfə ekliptikdə bir-birlərinə yaxınlaşırlar, lakin bu cür yaxın qarşılaşmalar olduqca nadir hallarda olur. Səmadakı bu nadir fenomen son dəfə təxminən 800 il əvvəl – 4 mart 1226-cı ildə baş verib. 

Aimlər qeyd ediblər ki, Yupiter və Saturn 2020-ci ilin yayından bir-birlərinə doğru irəliləməyə başlayıblar. 16-25 dekabr tarixlərində bu iki nəhəng arasındakı görünən boşluq bütöv Ayın bir diametrindən az olacaq.

Planetlərin paradı 21 dekabrda günəş batdıqdan sonra səmanın cənub-qərb hissəsində müşahidə olunacaq. 

Planetlərin yaxınlaşması dünyanın hər yerindən görünür, ancaq ekvator sakinləri bu nadir hadisəni daha yaxşı izləmək şansına sahib olacaqlar. Bənzər nadir hadisə növbəti dəfə 2400-cü ildə təkrarlanacaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − fifteen =