BMT baş katibindən ABŞ-a şok zərbə!
BMT baş katibi Antonio Quterreş BMT-yə üzv ölkələri İranla ticarət əlaqələrini bərpa etməyə çağırdıBMT baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının İranla nüvə razılaşmasından sonra təsdiqlənən 2231 nömrəli qətnaməsinə əsasən, BMT-yə üzv ölkələrə müraciət edib. Quterreş deyib:
“Bu qətnamə İranla imzalanmış HBFP sazişinin qorunub-saxlanılmasına çağırır. Bu razılaşma nüvə silahlarının qadağan olunması, artmasının qarşısını alır. Mən hər zaman bu qənaətdə olmuşam ki, İranla imzalanan saziş bu ölkənin nüvə məsələsi ilə bağlı və məntəqədə sülhün bərqərar olunması üçün ən gözəl yoldur. Təəssüf ki, ABŞ birtərəfli şəkildə bu sazişi tərk edib. İran HBFP sazişinə hörmətlə yanaşaraq daim bu sazişdə qalmaq istəyib. Amma ABŞ-ın öhdəçiliklərindən imtina edərək rəsmi Tehrana sanksiyalar tətbiq etməsindən sonra İran da öhdəçiliklərini azaltmağa başladı. Biz İranı yenidən öhdəçiliklərə əməl etməyə çağırırıq. BMT üzvü olan ölkələri də İranla ticarət əlaqələrini bərpa və davam etməyə səsləyirik…”
islamtimes.org