İran prezidenti koronavirusla bağlı ölkədə təhlükəli bölgənin qalmadığını bildirib

İran prezidenti koronavirusla bağlı ölkədə təhlükəli bölgənin qalmadığını bildirib

İran prezidenti Həsən Ruhani ölkədə koronavirusun təhlükəsilə bağlı “qırmızı bölgə”nin qalmadığını bildirib.

SalamNews İSNA-a istinadla xəbər verir ki, İran prezidenti Həsən Ruhani bunu Nazirlər Kabinetinin nəzdində Koronavirusla Mübarizə Mərkəzinin toplantısında deyib.

Həsən Ruhani ölkədə koronavirusla mübarizə zəminində görülən işlərin getdikcə nəticə verdiyini bildirib və vurğulayıb ki, artıq ölkədə pandemiyanın təhlükə mənbəyi olduğu “qırmızı bölgə” qalmayıb.

Qeyd edək ki İranda koronavirusdan ölənlərin sayı 53 mini keçib.

İran hökuməti koronavirusla bağlı yerli peyvəndlərin gələn ilin ortalarında hazır olacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =