İsrail rejiminin hərbçiləri onlarla fələstinlini hədəfə aldı
İordan çayının qərb sahilində onlarla fələstinli nümayiş zamanı, sionist hərbçilərinin hücumu nəticəsində yaralanıb. Məlumata əsasən, İsrail rejiminin ordusu cümə günü, Ramallahın şimal-şərqindəki Əl-Muğayir kəndində, sionistlərin davam etdirdiyi qanunsuz məskunlaşma tikintisinə qarşı dinc etiraz edərək yürüş keçirən fələstinlilərə hücum edib.
“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Kafr Malik kəndində İsrail rejiminin hərbçiləri ilə fələstinlilər arasında baş verən qarşıdurmalar zamanı gənc fələstinli yaralanıb. Sionist hərbçiləri, həmçinin Ras əl-Tin bölgəsindəki fələstinlilərin dinc yürüşünə hücum edib. Əl-Xəlil şəhərində fələstinlilər işğalçı rejimin qüvvələri ilə toqquşma zamanı, onlarla fələstinli gözyaşardıcı qazdan zərər çəkib. İsrail rejiminin qüvvələri, eyni zamanda Sələfiyə şəhərində fələstinli vətəndaşların həftəlik dinc yürüşünə də hücum edib.