İran İslami Şura Məclisi Avropanın anti-İran qərarı barədə bəyanat verdi

İran İslami Şura Məclisi Avropanın anti-İran qərarı barədə bəyanat verdi

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa Parlamentinin (AP) İran əleyhinə insan haqları qərarına cavab olaraq, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası bəyanat yayımlayıb.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“- Cinayətkarları dəstəkləmək üçün bu gün ölkəmizin milli təhlükəsizliyinə qarşı qərar verən Avropa Parlamenti günahsız İran alimlərinin terroru qarşısında susan və münafiqlərdən separatçı qruplara qədər terrorçuları dəstəkləyən və onlara ev sahibliyi edən qurumdur.

– Sionist rəsmilər İranda sui-qəsdlər törətdiklərini etiraf etsələr də, Avropa Parlamentinin rəsmiləri və üzvləri sionistlərdən qorxaraq, bu cinayətkarları tənqid etməyə heç cürət etmədilər.

– Avropa Parlamentinin üzvləri Qərb ölkələrinin sionistlərə, terrorçulara və qatil diktatorlara verdiyi həyasız dəstəyi kənara qoyub həqiqətləri olduğu kimi ifadə etdikdə, dünya ictimaiyyəti onları dinləyə bilər.

– Suriyada, İraqda və Yəməndə illərdir ABŞ və bəzi Avropa ölkələri tərəfindən dəstəklənən terrorçular və onların müttəfiqləri olan qatil hökumətlər tərəfindən qətllər və minlərlə günahsız insan öldürülüb. Ancaq AP və insan haqları müdafiəçiləri olduğunu iddia edənlər bu qətlləri qınamadılar, hətta bu cinayətləri həyata keçirmək üçün hər cür yardımı etdilər.

– İngiltərə Parlamentinin Xarici İşlər Komitəsi utanmadan London hökumətinə İran və İnqilab Keşikçiləri əleyhinə bir tövsiyə məktubu verir. Halbuki bu ölkə, xüsusən də İran və bölgədəki bir çox ölkələrdə həyata keçirdiyi insanlıqdan kənar cinayətlər barədə uzun bir tarixə sahibdir.

– İnsan haqları müdafiəçisi olduğunu iddia edən, lakin cinayətlərinin izi Şimali Afrikadan Qərbi Asiyaya və Babül-Məndəbə qədər davam edən Fransa hökuməti Parisdə Fransa tərəfindən dəstəklənmiş bir cinayətkarın edam edilməsinə etiraz etmək əvəzinə, Makronun Peyğəmbərimizə (s.a.ə) qarşı təhqiramiz karikaturaları dəstəkləməkdəki qeyri-insani çıxışlarına cavab verməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =