Dəməşq: Bölgəmiz həm Demokratlardan, həm də Respublikaçılardan əziyyət çəkdi. Heç kim İran-Suriya münasibətlərinə qarışa bilməz

Dəməşq: Bölgəmiz həm Demokratlardan, həm də Respublikaçılardan əziyyət çəkdi. Heç kim İran-Suriya münasibətlərinə qarışa bilməz

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Suriya Prezidentinin xüsusi müşaviri vurğulayıb ki, Dəməşqdə heç kim İran, Hizbullah və Fələstin müqaviməti ilə münasibətlərinin necə olacağına qarışa bilməz.

Suriya Prezidentinin xüsusi müşaviri Bəsinə Şəban Əl-Məyadinə verdiyi müsahibədə Suriya nümayəndə heyətinin son vaxtlar Moskvada Rusiya rəsmiləri ilə apardığı danışıqların mərkəzində olduğu kimi, Suriya hökumətinin İran, ABŞ və regional inkişaflarla bağlı mövqeyindən danışıb.

“ABŞ-ın planlaşdırdığı şey qaçınılmaz bir taley deyil və millətlər Vaşinqtonun planlarını alt-üst edə bilər.” – deyə, suriyalı rəsmi ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında bəzi ərəb rejimləri ilə Sionist rejim arasında uzlaşma prosesinə toxunub.

Suriya rəsmisi əlavə edib: “ABŞ muzdurlarından onun istədiklərini yerinə yetimələrini istəyir. ABŞ-la əlaqələrin kəsilməsini istəyən Suriya deyildi. Əksinə, Suriyanı işğal edən ABŞ idi və ABŞ-ın Suriyadakı xüsusi elçisi James Jeffrey-in sözləri qələminin mürəkkəbi qədər dəyərsiz idi və Suriya öz suverenliyindən və müstəqilliyindən əl çəkən deyil.”

ABŞ-ın Suriyadakı xüsusi elçisi keçən noyabr ayında ABŞ-ın yeni seçilmiş Prezidentinə Donald Trampın Suriya və Türkiyə ilə bağlı siyasətini davam etdirməsini tövsiyə etmişdi. Trampın 2019-cu ildə ABŞ əsgərlərini Suriyadan çıxarması qərarı hər kəs üçün sürpriz oldu, lakin sonradan 200-dən çox əsgərin müxtəlif səbəblərdən Suriyada qalması ilə razılaşdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 12 =