Pompeo: ABŞ-a edilən kiber hücumların səbəbkarı ruslardır

Pompeo: ABŞ-a edilən kiber hücumların səbəbkarı ruslardır

Sizinyol xarici mediaya istinadən xəbər veir:

ABŞ dövlət katibi son dövrlərdə ABŞ-dakı hökumət qurumlarına edilən geniş kiber hücumların ruslar tərəfindən olduğunu iddia etdi. ABŞ dövlət katibi Mayk Pompeo ABŞ mediasına verdiyi bir müsahibəsində Rusiyanı son zamanlarda ABŞ-da yayılmış kiber hücumlarda günahlandırdı.

Sputnik-in verdiyi məlumata görə, Vaşinqton və Moskva münasibətlərindəki gərginliyin artmasından sonra ABŞ dövlət katibi Rusiyanı ABŞ-dakı son kiber hücumlarda günahlandırdı.

O əlavə etdi: “ABŞ hökumət sistemlərinə kod qoymaqla bağlı bəzi üçüncü tərəf proqramlarından istifadə etmək üçün böyük bir səy göstərildi. Bu, çox ciddi bir səy idi və düşünürəm ki, bu, rusların iştirak etdiyini açıq şəkildə deyə bilərik.”

Pompeonun Rusiyaya qarşı ittihamını Moskva səlahiyyətliləri rədd edərək, rus haker hücumunu dəstəkləyən bir dəlil olmadığını söylədi.

Son günlərdə Amerika mətbuatı Texasda yerləşən Solar Winds-in proqram təminatından istifadə edərək ABŞ-da dövlət qurumlarına sızan hakerlər barədə bir çox məlumat yayımladı.

ABŞ mediasında yer alan xəbərlərə görə, hakerlər ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi də daxil olmaqla bir neçə federal nazirlik və quruma sızdılar. ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi ölkənin nüvə arsenalına nəzarət edən federal qurumlardan biridir.

ABŞ dövlət katibi Rusiyanı ittiham etmədən bir neçə saat əvvəl ABŞ mediası Vaşinqtonun Rusiyadakı iki konsulluğunu bağlamaq qərarı barədə xəbər verdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =