Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Honsü adasındakı Xatinoxe şəhərindən 95 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.