Sədr Hərəkatının lideri İraqdakı raket hücumu ilə bağlı açıqlama verdi

Sədr Hərəkatının lideri İraqdakı raket hücumu ilə bağlı açıqlama verdi

İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr raket hücumu ilə bağlı açıqlama verib.Bağdaddakı ABŞ səfirliyi yaxınlığında baş verən hücumla bağlı Sədr “Dinc sakinlərin həyatını riskə atmaq milisin işidir, bunu daha əvvəl də qeyd etmişdik. Heç kimin dövlət nəzarəti xaricində silah gəzdirmək haqqı yoxdur”, – deyib.
“Hökumət Bağdadda fövqəladə vəziyyət elan etməli və mülki şəxslərin, xarici missiya nümayəndələrinin təhlükəsizliyini təmin etmək üçün yalnız ordudan istifadə etməlidir”, – deyən Sədr bu təhlükəsizliyin təmin olunmasında iştirak etməyə hazır olduğunu söyləyib.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − twelve =