Suriyada növbəti prezident seçkilərinin zamanı açıqlanıb

Suriyada növbəti prezident seçkilərinin zamanı açıqlanıb

Suriyada prezident seçkiləri gələn ilin ortalarında keçiriləcək.

SalamNews SANA-a istinadla xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Feysəl Miqdad deyib.

Suriyalı nazir mətbuata açıqlamasında bildirib ki, ölkə konstitusiyasının yenidən yazılması ilə bağlı beynəlxalq və daxili qüvvələrdən ibarət işçi qrupunun əməyi nəticə verməsə belə, seçkilər hazırki konstitusiyaya əsasən gələn ilin ortalarında keçiriləcək.

O bildirib ki, yeni konstitusiyanın yazılması və seçkilərin keçirilməsi bir-birinə bağlı məsələ deyildir.

Qeyd edək ki, Rusiya, Türkiyə və İranın Astana və Soçi toplantılarının nəticələrindən biri kimi, eləcə də, digər beynəlxalq təşkilatların tələblərindən irəli gələrək, Suriyanın yeni konstitusiyasının yazılması üçün ölkənin xaricində və daxilində olan mütəxəssislərdən ibarət işçi qrupu təşkil edilib. Bu qrupun işi hələ nəticə verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =