Səudiyyə Ərəbistanı həbsxanalarında saxlanılan şiə din xadimlərinin sayı məlum oldu
Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı həbsxanalarında saxlanılan şiə din xadimlərinin sayı açıqlanıb.
Bildirilir ki, hal-hazırda 16 şiə din xadimi Səudiyyə Ərəbistanı həbsxanalarında qondarma ittihamlarla saxlanılırlar.
Seyid Haşim əş-Şəxs, Hüseyn ər-Razi, Məhəmməd əl-Həbib, Seyid Cəfər əl-Ələvi, Məhəmməd əl-Abad, Ayətullah Məhəmməd Baqir ən-Nimrin oğlu Hüseyn ən-Nimr və yerdə qalan 10 şiə din xadimi həbsxanalardadırlar.
Yerli fəallar qeyd edir ki, sözügedən şiə din xadimləri Qətif və əl-Əhsa bölgələrində fəaliyyət göstəriblər.