Tramp İraqda mülki insanları öldürənləri əfv etdi
ABŞ prezidenti Donald Tramp səlahiyyət müddətinin son ayına girərkən 15 nəfərin bağışlanmasını və 5 nəfərin vaxtından əvvəl azadlığa buraxılmasını nəzərdə tutan prezident qərarını açıqlayıb.
Prezident Trampın bağışladığı şəxslər arasında 16 sentyabr 2007-ci ildə İraqın paytaxtı Bağdaddakı Nisur meydanında 17 mülki şəxsin öldürülməsində iştirak edən və “Balckwater” təhlükəsizlik şirkətinin üzvlərindən olan Nikolas Slatten, Pol Slau, Evan Liberti, Dastin Herd də olub.
Sosial mediada mühakimə olunduqları məhkəmələrdə uzun müddət həbs cəzası alan 4 keçmiş muzdlunun bağışlanmasına reaksiya göstərilib.
Reaksiya göstərən bir çox insan İraqdakı hadisədə həlak olanların ailələrinə və yaxınlarına qarşı böyük bir haqsızlıq edildiyini bildirib.
Maie.az