Yəmən rəsmisi: “Əl-Əqsa məscidi təhlükədədir”

Yəmən rəsmisi: “Əl-Əqsa məscidi təhlükədədir”

Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Əl-Əqsa məscidinin altındakı geniş sionist qazıntılarına toxunaraq, müsəlmanları bu məsələnin əleyhinə olduqlarını bildirmək üçün hər vasitə ilə səhnəyə çıxmağa dəvət edib.

Deyerler.org xəbər verir ki, Məhəmməd Əli Əl-Husi Twitter üzərindən müraciət edərək, sionistlərin Əl-Əqsa məscidinin altında qazıntıların davam etdirilməsinə qarşı təcili hərəkətə keçilməsini istəyib.

“Əl-Əqsa məscidi altında davam edən qazıntı işləri, Fələstində İslami müqəddəs məkanların qəsdən dağıdılmasıdır və müsəlmanlar buna qarşı hər yolla etiraz etməyə məsuliyyət daşıyırlar”, – deyə o, bildirib.

Əl-Husi müsəlman ümmətini İslam dünyasının birinci məsələsindən, Fələstindən zehinləri yayındırmağa yönəlmiş düşmən və muzdluların təbliğatına heç bir şəkildə aldanmamağa çağıraraq, belə deyib: “Əl-Əqsa məscidi təhlükədədir”.

Sionist rejimin işğal altındakı Qüdsdə, xüsusən Əl-Əqsa məscidinin yaxınlığında apardığı qazıntılar, fələstinlilərin əksəriyyəti boşaldılmış evlərdə geniş çatlara səbəb olub.

Bu yaxınlarda sionist rejimin Əl-Əqsa məscidinin altındakı qazıntılar üçün kimyəvi maddələrdən istifadə etməsi, Əl-Əqsa məscidinin ətrafındakı qayalı döşəmənin və daş sütunların aşınma sürətini artırmaq məqsədi daşıdığı açıqlanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − two =