BƏƏ Yəməndə təbii qaz yatağını ələ keçirdi

BƏƏ Yəməndə təbii qaz yatağını ələ keçirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Ədən şəhərindəki “hökumət”ə tabe olan “İnformasiya Nazirliyi”nin mətbuat katibi Muxtar ər-Rəhbi BƏƏ ilə bağlı açıqlama verib.

Muxtar ər-Rəhbi açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Balhaf təbii qaz rezervləri olan bölgəni işğal edərək, iqtisadiyyata zərbə vurub. Təbii qaz rezervlərinin Şəbva vilayətində olduğu da diqqətə çatdırılıb.

Şəbva vilayətinin qubernatoru Məhəmməd Saleh ibn Adiv açıqlamasında qeyd edib ki, bu gün təbii qaz yataqlarının fəaliyyətini dayandırmasının səbəbi də BƏƏ işğalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + eleven =