İraqdakı Beynəlxalq Koalisiya Qüvvələrini dəstəkləyən konvoyun yolu üzərinə bomba partladı
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İraq xəbər mənbələri Babil vilayətindəki Beynəlxalq Koalisiya qüvvələrini dəstəkləyən bir konvoyun yolu üzərində bomba partladığını bildirdi.
İraqın bir təhlükəsizlik mənbəyi Çərşənbə günü İraqın “Dəclə” televiziya kanalına bildirib: Bu gün axşam Əl-Huli magistral yolundan Babil istiqamətinə doğru hərəkət edən Beynəlxalq Koalisiya Qüvvələrini dəstəkləyən konvoyun yolu üzərində bomba partlayıb.
Mənbə əlavə edib: “Partlayışda itki yoxdur, ancaq bir avtomobilə ziyan dəyib.” Partlayışa görə məsuliyyəti heç bir qrup və ya şəxs öz üzərinə götürməyib. Bəzi xəbər mənbələri və telegram kanalları son bir neçə gün ərzində İraqın müxtəlif bölgələrində Beynəlxalq Koalisiya Qüvvələrinin dəstək konvoylarının hədəf alındığını bildirdi.